11 
Dek
2017
16:38
108
28
6118
Virtual karabakh

“Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu

11 Dek, 2017
16:38
6118

“Yaşa Bakinski”ni öldürən şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bolis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən çox məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri