13 
Dek
2017
13:37
157
11
6933
Virtual karabakh

İki cinayət birdən açıldı

13 Dek, 2017
13:37
6933

İki cinayət birdən açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.

Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da aşkar edilib.

Polis əməkdaşları tərəfindən “OKA” markalı avtomobil Yasamal rayonu ərazisində tapılaraq maddi sübut kimi götürülüb.

Y.İmanovun “VAZ-2106” markalı avtomobili isə hissələrə bölərək metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Həmin avtomobilin bəzi hissələri onun yaşadığı evin həyətindəki zirzəmidən aşkar olunaraq maddi subut kimi götürülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri