15 
Dek
2017
16:34
21
125
5899
Virtual karabakh

Kanal rəhbərinə hökm oxundu

15 Dek, 2017
16:34
5899

Kanal rəhbərinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda Ə. Orucovun vəkilləri çıxış edərək, ona bəraət istəyiblər.

Sonra Ə. Orucov son sözlə çıxış edib. O da çıxışında barəsində bəarət hökmünün çıxarılmasını istəyib.

Hakimlər kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə. Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri