23 
Dek
2017
18:00
350
178
8405
Virtual karabakh

Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar

23 Dek, 2017
18:00
8405

Cəlilabadda polisi prokurorluğun qarşısında bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda polis əməkdaşı bıçaqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Prokurorluğunun qarşısında 1990-cı il təvəllüdlü Anar Əmirov və 1991-ci il təvəllüdlü İlkin Qurbanov arasında mübahisə düşüb.

Ərazidə xidmət aparan polis əməkdaşı mübahisə edən şəxsləri intizama dəvət etsə də, onlar polisin qanuni əmrinə tabe olmayaraq ona bıçaq xəsarəti yetiriblər.

Xəstəxanaya çatdırılan polisə tibbi yardım göstərilib.

Hadisəni törədən A. Əmirov və İ. Qurbanov saxlanılaraq, Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi üzrə ittiham irəli sürülüb, cinayət işi başlanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri