12 
Yan
2018
18:45
76
931
50974
Virtual karabakh

Bakıda gənc qızı qrup şəklində zorladılar

12 Yan, 2018
18:45
50974

Bakıda gənc qızı qrup şəklində zorladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbə sakini qızının zorlanması barədə polisə şikayət edib.

Bildirilir ki, yanvarın 8-də iki şəxs qızı naməlum yerə apararaq onu dəfələrlə zorlayıblar.

Sabunçu rayon istintaq qrupu qeyd olunan cinayət faktını araşdıraraq, qızı zorlayan şəxslərin izinə düşüb. Əməliyyatçılar onlardan birini saxlayıb. Həmin şəxsin Astara rayon sakini Zöhrab Yaqubov olduğu bildirilir. Cinayətdə onunla əlbir olan digər şübhəlinin Asif adlı şəxs olduğu müəyyənləşsə də, o, hələ ki saxlanılmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ülvi Kərimov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri