13 
Yan
2018
13:15
177
26
3389
Virtual karabakh

Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

13 Yan, 2018
13:15
3389

Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23:00 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri