17 
Yan
2018
09:44
7
148
6466
Virtual karabakh

Xızıda qəzaya görə mübahisə ölümlə nəticələndi

17 Yan, 2018
09:44
6466

Xızıda qəzaya görə mübahisə ölümlə nəticələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 2106” markalı maşın toqquşub. 

Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra V. Cəfərov qaçıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri