17 
Yan
2018
12:27
118
42
7128
Virtual karabakh

Bakıda qəbiristanlıqda silah tapıldı – FOTO

17 Yan, 2018
12:27
7128

Bakıda qəbiristanlıqda silah tapıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş bir ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri