17 
Yan
2018
12:48
89
58
13531
Virtual karabakh

Rövşən Əhmədov həbs edildi

17 Yan, 2018
12:48
13531

Rövşən Əhmədov həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub. 

Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü, Ç. Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib. 

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb.

Məhkəmə qərarı ilə axtarışda olan R.Əhmədov özünə məxsus mənzildə saxlanılıb.

Ceyhun Yusifov əlavə edib ki, o, bu günə qədər üç dəfə cinayət törədib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri