18 
Yan
2018
13:21
26
143
11072
Virtual karabakh

Bakıda qəbiristanlıqda tapılan silahın kimə məxsus olduğu açıqlanıb

18 Yan, 2018
13:21
11072

Bakıda qəbiristanlıqda tapılan silahın kimə məxsus olduğu açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda  R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, bir ədəd patron darağı və iki patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri