26 
Yan
2018
17:07
46
651
35325
Virtual karabakh

Bakıda dünya çempionu maşınla adam öldürüb – FOTO

26 Yan, 2018
17:07
35325

Bakıda dünya çempionu maşınla adam öldürüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 25-də, saat 01:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. 

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan üç qat dünya, səkkiz qat Azərbaycan çempionudur. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri