17 
Fev
2018
15:52
64
204
4674
Virtual karabakh

Gəncə sakinindən marixuana götürülüb

17 Fev, 2018
15:52
4674

Gəncə sakinindən marixuana götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərinin Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub.

Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd edək ki, E. Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digər şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri