Mar
2018
14:08
68
174
4911
Virtual karabakh

Bakıda jurnalistin maşınından oğurluq edilib – VİDEO

2 Mar, 2018
14:08
4911

Bakıda jurnalistin maşınından oğurluq edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Xəzər” televiziyasının əməkdaşı Ülkər Qasımqızının maşınından çantası oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında, “Oskar” mebel salonunun qarşısında qeydə alınıb. 

Bu haqda zərərçəkən jurnalist öz sosial media hesabında oğurluq hadisəsinin başvermə anınının görüntüsünü paylaşıb.

O bildirib ki, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: 

“Buna nə ad verəsən? Mebel almaq üçün salona girmişdik. Bu vicdansız sanki öz maşını imiş kimi qapını açıb və çantamı oğurlayaraq qaçıb. Kameranın varlığından bixəbər olan bu “ağıllı”nı polis axtarır”.

Elvin Paşazadə
wwwoxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri