13 
Mar
2018
13:50
28
126
5053
Virtual karabakh

Nigar Arpadarainin atasının evindən nə oğurlanıb?

13 Mar, 2018
13:50
5053

Nigar Arpadarainin atasının evindən nə oğurlanıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atamın evindən nə pul, nə də zinət əşyaları oğurlanıb.

Bu barədə Oxu.Az-a “Baku Grand Prix”in mətbuat katibi Nigar Arpadarai bir sıra KİV-nin onun atası Cavid Arpadarainin qurbanı olduğu mənzil oğurluğu barədə məlumatlarını şərh edərkən deyib . 

Qeyd edək ki, bəzi KİV-lər oğruların Cavid Arpadarainin bağ evinə basqın etdiyi, pul və zinət əşyalarının oğurlanması haqqında məlumat dərc edib. 

Lakin məlum olub ki, bu məlumatlar həqiqətləri əks etdirmir. Oğruluq baş verib, amma bir neçə gün bundan əvvəl. 

Nardaran  qəsəbəsindəki şəxsi evin həyətindən oğurlanan pul və zinət əşyaları deyil, iki ədəd dekorativ səhəng olub.

Maraqlısı odur ki, bir neçə gündən sonra oğru səhəngləri yerinə qaytarıb.

Ülvi Kərimov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri