13 
Mar
2018
16:01
215
38
3452
Virtual karabakh

Tanışının üzərinə benzin töküb yandıran şəxsə ağır cəza

13 Mar, 2018
16:01
3452

Tanışının üzərinə benzin töküb yandıran şəxsə ağır cəza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Ağayevın Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, ötən ilin oktyabr ayında Yasamal rayonunda Səbuhi Ağayevlə Anar Muradov arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə yaranıb.

Sərxoş vəziyyətdə olan Ağayev Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.

Ağır yanıq xəsarətləri alan zərərçəkən 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, onun həyatını həkimlər xilas ediblər. Şübhəli şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. 

Məhkəmənin hökmü ilə S.Ağayev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri