17 
Mar
2018
16:52
46
219
3667
Virtual karabakh

Bacı-qardaş xarici vətəndaşın mənzilini yardı

17 Mar, 2018
16:52
3667

Bacı-qardaş xarici vətəndaşın mənzilini yardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Oxu.Az xəbər verir ki, dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pul qabının oğurlandığı məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri