19 
Mar
2018
13:12
204
41
1821
Virtual karabakh

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

19 Mar, 2018
13:12
1821

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda son iki gündə ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib. 

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri