19 
Mar
2018
17:08
162
53
6816
Virtual karabakh

Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb

19 Mar, 2018
17:08
6816

Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayon Polis Şöbəsinin İstintaq komitəsinin əməkdaşları əvvəllər naməlum şəxslər tərəfindən təhqir edilmiş üç şəhid qardaşın abidəsini araşdırıblar.

Bu barədə Oxu.az-a Xəzər Rayon Polis Şöbəsi məlumat verib.

Məlumatda deyilir:

“Hadisə yerində yanmış süni güllər aşkar edilib. Faktla bağlı istintaq tədbirləri aparılır”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Bakının Xəzər rayonunda Qarabağ müharibəsi şəhidlərinin abidəsinə qarşı vandalizm aktı törədilib.

Söhbət Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş üç qardaşın - Vidadi, Xaqani və Hasil Aslanovların abidəsindən gedir.

Şəhidlərdən birinin oğlu Cəsarət Aslanov Oxu.Az-a bildirib ki, naməlum şəxs çiçəkləri qıraraq, onları abidənin qarşısında yandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri