20 
Apr
2018
04:45
24
126
3895
Virtual karabakh

Evindən televizor aparanı öldürənə hökm oxunub

20 Apr, 2018
04:45
3895

Evindən televizor aparanı öldürənə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Sadiq Nəhmətovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, ötən il noyabrın 5-də saat 19 radələrində Əmircan qəsəbəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Zahir Hacıağayevanın meyiti aşkar edilib.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti münaqişə zəmnində törədən Sadiq Nəhmətov tutulub. O, etiraf edib ki, tüfeyli həyat tərzi sürən Z.Hacıağayevı bıçaqlayaraq, öldürüb. 

Məhkəmə prosesində verdiyi ifadısində Sadiq Nəhmətov Zahir Hacıağayevi öldürmək niyyəti olmadığını deyib: 

“Evə gələndə gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşum televizoru Zahirin apardığını dedi. Hacıağayev əvvəl də məndən televizoru istəmişdi, amma mən verməmişdim. İkimiz də futbol azarkeşi idik, bir yerdə oturub baxırdıq. Həmin gün də “Barcelona”nın oyunu var idi, futbola baxacaqdım.

Öyrəndim ki, televizoru kiməsə satıb. Əsəbiləşdim, bıçaq götürüb məhəlləyə çıxdım. Zahir həyətdə bir nəfərlə dayanmışdı, söhbət zamanı, ünvanıma söyüş söydü, mən də vurdum, televizoru satdığını boynuna almadı. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.

Məhkəmənin hökmü ilə S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri