19 
Apr
2018
21:43
260
110
34792
Virtual karabakh

“RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı - VİDEO

19 Apr, 2018
21:43
34792

“RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“RAHAT” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, mətbuatda mağazadan oğurluq edərkən yaxalanmış şəxsin döyülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:

“Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib.

Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “RAHAT”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub. Təhlükəsizlik kameralarının çəkdiyi kadrlarda həmin şəxsin əməkdaşımızı itələyərək, qaçmağa başlaması aydın görünür”.

Marketlər şəbəkəsindən həmin şəxsin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verildiyi deyilib:

“Həmin şəxsə qarşı zorakılıq barədə yayılan xəbərlərin yalan olduğunu sübut edən görüntülər də var”.

Qeyd edək ki, market tərəfindən təqdim olunan kadrlarda oğurluq faktı ilə yanaşı, hadisə yerində saxlanılan şəxsin marketin əməkdaşlarına müqavimət göstərməsi, onları itələyərək, qaçmağa cəhd göstərməsi aydın görünür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri