21 
Apr
2018
05:31
120
23
2543
Virtual karabakh

Tanışını toyda bıçaqlayana hökm oxunub

21 Apr, 2018
05:31
2543

Tanışını toyda bıçaqlayana hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Vilayət Məmmədovun Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 10-da Şabran Mərkəzi rayon xəstəxanasına kəsilmiş-deşilmiş xəsarətlə rayon sakini Roman Dəmirov gətirilib və üzərində cərrahi əməliyyat aparılmaqla, həyatı xilas olunub. 

Ertəsi gün RPŞ-nin əməkdaşları tərəfindən cinayəti törədən Vilayət Məmmədov tutulub və törətdiyi əməli etiraf edib. 

Araşdrıma zamanı məlum olub ki, onlar arasında toy məclisində mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan Vilayət Romana çölə çıxmasını deyib və küçədə, restorandan götürdüyü bıçaqla ona xəsarət yetirib. 

İstintaq zamanı, Məmmədov barəsində polisin nəzarətinə verilmə qəti-imkan tədbiri seçilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə zalında həbs edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri