20 
Apr
2018
18:37
89
21
1547
Virtual karabakh

Tanışını öldürən Lənkəran sakininin məhkəməsi başlayıb

20 Apr, 2018
18:37
1547

Tanışını öldürən Lənkəran sakininin məhkəməsi başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Zahid Məmiyevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın məlumatına görə, ötən il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. 

Faktla bağlı rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisədən beş gün sonra Pirallahı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış mayın 2-nə təyin edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri