26 
Apr
2018
18:09
31
392
10204
Virtual karabakh

Ekspert: Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb

26 Apr, 2018
18:09
10204

Ekspert: Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlınskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova və digər işçiləri Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayevanın CM-nin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Oxu.Az-ın məlumatına görə, klinikanın sahibi Leyla Şıxlinskaya baş mühasib Şəhla Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, onun klinikadan 1.000.000 manat pul vəsaitini mənimsədiyini bildirib. 

Bununla əlaqədar cinayət işi başlanılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Bu gün keçirilən prosesdə ekspert Zaur Məmmədov dindirilib. 

O deyib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb, onların doğruluğuna isə istintaq qiymət verib.

Vəkil qeyd edib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub, ekspert belə olduğunu deyib. Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib və işin ekspertizaya göndərməsi ilə bağlı qərar qəbul edib. 

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri