17 
May
2018
13:12
215
35
5643
Virtual karabakh

DTX yarım milyon saxta aksiz markası aşkarlayıb

17 May, 2018
13:12
5643

DTX yarım milyon saxta aksiz markası aşkarlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.

DTX-nın İctimai əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

“Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, - deyə, DTX-nın məlumatında bildirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri