17 
May
2018
21:20
100
362
8311
Virtual karabakh

Sumqayıtda ər arvadının qanını tökdü – YENİLƏNİB

17 May, 2018
21:20
8311

Sumqayıtda ər arvadının qanını tökdü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Məlumata əsasən, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

15:42

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

Oxu.Az-ın Report-a istinadən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri