18 
May
2018
18:21
311
53
5544
Virtual karabakh

Tərs baxışa görə dostunu öldürən gəncə ağır cəza

18 May, 2018
18:21
5544

Tərs baxışa görə dostunu öldürən gəncə ağır cəza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Amal Zülfüqarovun (1995-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, qətl ötən il avqustun 14-də Qobustan qəsəbəsində yerləşən kafedə baş verib.

Dava zamanı Qismət Məmmədli bıçaqlanaraq öldürülüb, daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Cinayətin Amal Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İttiham aktına əsasən, avqustun əvvəllərində Nabranda “Atlant” istirahət mərkəzində olarkən Amal Qismətin ona tərs baxmasına görə iradını bildirib, buna görə aralarında mübahisə yaranıb. 

Bakıya qayıdandan sonra onu qəsdən öldürmək qərarına gəlib. Qobustanda, kafedə yığışıb, domino oynayarkən Amal Qismətə arxadan yaxınlaşıb, əvvəl boyunundan bıçaqla zərbə endirib, sonuncu ona tərəf dönəndə sinəsindən xəsarətlər yetirib. 

Yanlarında olan Tələt və Haldun kəsici aləti əlindən almaq istəsələr də, o bıçaqla onları da vurub. Sonra, xırıldayan Məmmədlini boğaraq, qətlə yetirib. 

Xatırladaq ki, məhkəmə prosesində elan olunmuş ittiham üzrə Amal Zülfüqarov özünü qismən təqsirli bilib. 

Bu gün keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə A.Zülfüqarov 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri