19 
May
2018
07:02
16
221
3506
Virtual karabakh

Göyçayda iki qardaş bıçaqlanıb

19 May, 2018
07:02
3506

Göyçayda iki qardaş bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.

Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri