20 
May
2018
18:48
315
79
9033
Virtual karabakh

Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi

20 May, 2018
18:48
9033

Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, mayın 19-da gecə saat 01:22 radələrində “Kapital Bank” ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən “Binəqədi” filialından polisə həyəcan siqnalı daxil olub. 

Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir. 

Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri