21 
May
2018
16:45
32
145
2645
Virtual karabakh

Gəncədə külli-miqdarda qızıl oğurlanıb

21 May, 2018
16:45
2645

Gəncədə külli-miqdarda qızıl oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal  Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.       

Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub.

Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.  

Faktla bağlı cinayət işi başlanılıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri