24 
May
2018
17:34
79
195
6830
Virtual karabakh

Balakəndə narkotik laboratoriyası aşkarlanıb - FOTO

24 May, 2018
17:34
6830

Balakəndə narkotik laboratoriyası aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçiriblər. 

Axtarış zamanı həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib. 

Polis əməkdaşları tərəfindən oradan 57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb.

Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri