25 
May
2018
17:04
115
41
2134
Virtual karabakh

“BP” şirkətinə işə düzəldənə prokuror cəza istəyib

25 May, 2018
17:04
2134

“BP” şirkətinə işə düzəldənə prokuror cəza istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seymur Əhmədovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, ittiham aktına əsasən, S.Əhmədov “BP” şirkətinə işə düzəltmək adı ilə altı vətəndaşın ümumilikdə 59.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib və vədinə əməl etməyib. 

Zərərçəkənlər polisə şikayət etdikdən sonra, toplanmış material əsasında cinayət işi başlanılıb. 

Bu gün keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı qeyd edib ki, Seymur Əhmədovun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. O, məhkəmədən ona yeddi il altı ay cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin növbəti iclası mayın 30-a təyin olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri