İyn
2018
16:21
59
132
5421
Virtual karabakh

Gəlinini öldürən məhkəmə qarşısında - FOTO

8 İyn, 2018
16:21
5421

Gəlinini öldürən məhkəmə qarşısında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədovanı qətlə yetirib. 

Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib. 

İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və bu nikahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib.

O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də, gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı iyunun 13-nə təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri