11 
İyn
2018
13:28
110
19
2570
Virtual karabakh

Bakıda silahlı insident törədən şəxs polisə təslim olub

11 İyn, 2018
13:28
2570

Bakıda silahlı insident törədən şəxs polisə təslim olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.

Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri