13 
İyn
2018
17:43
17
106
2548
Virtual karabakh

Qonşusunu öldürən bəraət almaq istəyir

13 İyn, 2018
17:43
2548

Qonşusunu öldürən bəraət almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Şöhrət Qədimovun (1987-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Oxu.Az-ın məlumatına görə, ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib. 

Şahidlərin köməyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa tədim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri