21 
İyn
2018
14:14
226
12
3474
Virtual karabakh

Ermənistanda “qanuni oğrular”ın kütləvi həbsi

21 İyn, 2018
14:14
3474

Ermənistanda “qanuni oğrular”ın kütləvi həbsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda kriminal avtoritetlərin və “qanuni oğrular”ın evlərində aparılan axtarışlar həbslərlə nəticələnib. 

Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, ölkə üzrə genişmiqyaslı əməliyyat tədbirləri Ermənistanın Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən aparılıb. 

Ölkə polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyanın sözlərinə görə, əməliyyat təfərrüatı açıqlanmayan cinayət işi çərçivəsində həyata keçirilib. 

Saxlanılanlar arasında Samvel Arutyuyan (Samvelik), Jirayr Brutyan (Jiro Şaumyanski), Suren Avetisyan (Suro Leninakanski), Artyom Qazaryan (Artyomik Leninakanski), Armen Manukyan (Sevo), Qevork Melikyan (Qevorik Oşakanski), Norayr Piloyan (Konço) və digər kriminal avtoritetlər olub. 

Onların evlərində çox sayda silah və hərbi sursat, narkotik maddələr aşkar edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri