22 
İyn
2018
12:07
25
111
2139
Virtual karabakh

Mağazadan yeddi min manat oğurladı, kompüteri yandırdı

22 İyn, 2018
12:07
2139

Mağazadan yeddi min manat oğurladı, kompüteri yandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompüter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub. 

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı bir ədəd kompüter və onun hissələrinin yandırıldığı müəyyən edilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri