23 
İyn
2018
00:57
70
232
3855
Virtual karabakh

Sumqayıtda su pulu yığan bıçaqlandı

23 İyn, 2018
00:57
3855

Sumqayıtda su pulu yığan bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində olub.

Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev vəzifə başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

“Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib”.

İdarədən A.Balayevin hazırda vəziyyətinin normal olduğu qeyd olunub:

“O, dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri