10 
İyl
2018
00:47
27
339
10931
Virtual karabakh

Şirvanda toy yasa çevrildi

10 İyl, 2018
00:47
10931

Şirvanda toy yasa çevrildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda toyda qətl hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeyd alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini  araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri