10 
İyl
2018
12:20
202
23
5368
Virtual karabakh

Qadına 300 min manat pul “atan” iş adamı həbs olundu

10 İyl, 2018
12:20
5368

Qadına 300 min manat pul “atan” iş adamı həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əhməd Quliyevin CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə Ə.Quliyev özünü iş adamı kimi qələmə verərək Sumqayıt şəhər sakini Məhburə Hüseynovanın etibarından sui-istifadə edib, onun 303.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Götürdüyü pulun əvəzində o, qadına kommersiya obyekti tikib, müvafiq sənədləri düzəldəcəyini söz verib.

Zərərçəkmişin şikayətindən sonra araşdırmaya başlayan polis Əhməd Quliyevi axtarışa verib. Saxlanılandan sonra istintaq dövründə o, polis nəzarətində qalıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərara əsasən, o iclas zalında həbs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri