11 
İyl
2018
14:23
51
177
5331
Virtual karabakh

Arvadını baltalayan qısqanc ər məhkəmə qarşısında

11 İyl, 2018
14:23
5331

Arvadını baltalayan qısqanc ər məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Oxu.Az-ın məlumatına görə, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. 

Daha sonra o özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb. 

İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı guya qısqanclıq zəmnində öldürdüyünü bildirib. 

Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada olub.

Bu gün keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib. 

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.
 
Ötən prosesdə Famil Abduləzimov ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri