17 
İyl
2018
14:47
62
221
10031
Virtual karabakh

Əxlaqsız təklifə görə qayınanasını öldürənə ağır cəza

17 İyl, 2018
14:47
10031

Əxlaqsız təklifə görə qayınanasını öldürənə ağır cəza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Cavad İbrahimovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, bu il yanvarın 11-də Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları “Qanlı göl” yaşayış massivinin ərazisində Nigar Namazovanın (1958-ci il təv.) meyitini aşkar ediblər. 

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qadına zərbələr kənar şəxs tərəfindən yetirilib. 

Qadının eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Nəticədə Cavad İbrahimov saxlanılıb.

İş üzrə dindirilmiş şəxs qayınanasını əxlaqsız təklifə görə qətlə yetirdiyini bildirib: 

“Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, lakin öldürmək niyyətim yox idi”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri