19 
İyl
2018
11:43
27
189
10434
Virtual karabakh

Azərbaycanın ən ölümcül yolları - ANALİZ

19 İyl, 2018
11:43
10434

Azərbaycanın ən ölümcül yolları - ANALİZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə, xəstəlik və təbii fəlakətlərin nəticələri dünyada hər gün 1,25 milyon insanın həyatına son qoyan yol-nəqliyyat hadisələri ilə müqayisə edilə bilməz. 

Azərbaycan üçün də bu məsələ ağrılı hesab edilir. Təkcə 2017-ci ildə baş verən qəzalar nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər yaralanıb. 

Oxu.Az Azərbaycan Daxili İşlər Nazirliyinin gündəlik məlumatlarına əsasən ötən ay qeydə alınan qəzaların siyahısını hazırlayıb. 

Bununla iyunun 1-dən 30-dək olan dövrdə ölkədə ən təhlükəli yolları müəyyən etmək olar:

Qrafikdən görünür ki, tez-tez ölümcül qəzaların baş verdiyi ən təhlükəli yollar Abşeron ərazisindədir. Ötən ay ərzində həmin ərazidə ölümlə nəticələnən altı qəza baş verib ki, bu hadisələr zamanı ikisi azyaşlı olmaqla, dörd nəfər həlak olub. Daha doqquz nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ötən ay Qaradağ və Xəzər rayonlarında qeydə alınıb. Bu ərazilərdə baş verən qəzalar zamanı müvafiq olaraq dörd və altı nəfər həlak olub. 

Ümumilikdə 2018-ci ilin iyununda Azərbaycan yollarında baş verən qəzalar zamanı 52 nəfər həlak olub, 48 nəfər yaralanıb. Bu hadisələrin əksəriyyəti Bakıda qeydə alınıb. Belə ki, göstərilən dövrdə Bakıdakı qəzalar zamanı 41 nəfər ölüb, 42 nəfər yaralanıb. 

Özünüzü və yaxınlarınızı qoruyun. Sükan arxasında diqqətli olun. Rusların bu məsəli əbəs deyil: “Asta getsən, çox gedərsən...”

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri