20 
İyl
2018
13:57
106
314
38342
Virtual karabakh

Hamamda qonşu ilə tutduğu gəlinini güllələyəndən xəbər var - FOTO

20 İyl, 2018
13:57
38342

Hamamda qonşu ilə tutduğu gəlinini güllələyəndən xəbər var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədovanı qətlə yetirib. 

Hadisəni törədəndən sonra o, könüllü olaraq Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib. 

İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə beş il əvvəl ailə həyatı qurub və nikahdan bir oğulları dünyaya gəlib.

Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və Zaqatala rayonunda məskunlaşıb.

Aysel isə əvvəlki kimi, evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də, gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib. 

Proses davam edir.

Xatırladaq ki, S.Məmmədov ittiham üzrə özünü təqsirli bilib və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. O, yazılanların həqiqət olduğunu, gəlinini başqa şəxslə hamamda tutduğunu, qətli namus üsündə törətdiyini bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri