21 
İyl
2018
09:04
25
390
8314
Virtual karabakh

28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

21 İyl, 2018
09:04
8314

28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. 

O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri