Avq
2018
15:29
73
17
4198
Virtual karabakh

Ticarət mərkəzinə “bomba qoyan” məhkəmə qarşısında - FOTO

7 Avq, 2018
15:29
4198

Ticarət mərkəzinə “bomba qoyan” məhkəmə qarşısında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Rəvan Fətəliyevin (1985-ci il təv.) CM-nin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan olunub.

Məlum olub ki, istintaqın gedişatında R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İş üzrə baxış ayın 10-na təyin edilib.

İttiham aktına əsasən, bu il aprelin 4-də Rəvan Fətəliyev Nəsimi rayonunda yerləşən “28 Mall” Ticarət Mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib.

Nizami RPİ 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri