10 
Avq
2018
12:32
107
20
2834
Virtual karabakh

Nəsimidə kafeni soyan keçmiş məhkum tutuldu

10 Avq, 2018
12:32
2834

Nəsimidə kafeni soyan keçmiş məhkum tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonu ərazisindəki kafelərdən birində soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Qeyd olunan kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alınması müəyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib. 

Araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri