19 
Avq
2018
14:27
147
281
21794
Virtual karabakh

Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı – FOTO/VİDEO

19 Avq, 2018
14:27
21794

Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib.

“Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” (Məmmədov Cavid İltizam oğlu – red.) saxlanılıb. Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, - deyə, Abroskin yazıb.

O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri