30 
Avq
2018
12:47
50
358
13354
Virtual karabakh

Bakıda dönərçi arvadını bıçaqladı, qaynanasını öldürdü - YENİLƏNİB

30 Avq, 2018
12:47
13354

Bakıda dönərçi arvadını bıçaqladı, qaynanasını öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qayınanasını bıçaqlaması barədə məlumat yayıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölüb, Leylanın vəziyyəti isə ağırdır.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.

29 avqust, 23:38

Bu gün günorta saatlarında Bakının Nərimanov rayonunda qətl törədilib. 

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Sputnik-Azərbaycan”a bildiriblər ki, cinayətin qurbanı Ermənistanda doğulan 45 yaşlı Fəhmidə İsgəndərova olub.

Hadisə Nərimanov rayonunun 17-ci Polis Bölməsinin ərazisindəki Yarəliyev küçəsində yerləşən evdə baş verib. İlkin araşdırma zamanı müəyyən olunub ki, F. İsgəndərova qızı və kürəkəni Cəsarət İsgəndərov arasında yaranan ailə münaqişəsi zamanı öldürülüb.

Dönər satıcısı işləyən kişi evə sərxoş halda qayıdıb. O, münaqişə zamanı bıçaqla həyat yoldaşına hücum edib. C. İsgəndərov qaynanası araya girməmişdən öncə həyat yoldaşına bıçaqla zərbə vurub. Sonra isə qızını müdafiə etməyə çalışan F. İsgəndərovanı öldürüb.

Öldürülən qadının qızı 5 nömrəli Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. 

C. İsgəndərov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətl və ağır bədən xəsarəti yetirmə faktları ilə bağlı cinayət işi qaldırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri