17 
Sen
2018
17:16
116
27
3254
Virtual karabakh

Direktordan rüşvət almaqda təqsirləndirilən redaktor ifadə verdi

17 Sen, 2018
17:16
3254

Direktordan rüşvət almaqda təqsirləndirilən redaktor ifadə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya Təminatı sektorunun baş məsləhətçisi Zəminə Əsədova əlavə şahid qismində ifadə verib. 

O, R.Sultanovu tanımadığını deyib: 

“Nailə xanımdan rüşvət istənilməsindən xəbərsizəm. Bir dəfə mənə məlumat verdilər ki, mənim haqqımda hansısa saytda məlumat yer alıb. Həmin məqalədə mənim vəzifəm də səhv yazılmışdı”. 

R.Sultanov isə qeyd edib ki, özünü Zəminə kimi təqdim edən şəxs ona zəng edərək, 187 saylı orta məktəbdə korrupsiya halları olduğunu diqqətə çatdırıb: 

“Dedi ki, məktəbin direktoru orada müəllimləri təhqir edir, pul yığır. Mən də bundan sonra saytda bu haqda məqalə yazdım”. 

Z. Əsədova isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, ona hər hansı məlumat vermədiyini vurğulayıb: 

“Kimsə mənim adımdan istifadə edə bilər. Amma bu, o demək deyil ki, mən bu şəxsə zəng etmişəm”. 

Zərərçəkmiş N. Məmmədova deyib ki, Z. Əsədova ondan 500 manat məbləğində pul istəyib: 

“Bu pulu borc kimi istədi. Mən də dedim ki, hazırda yoxdur, sonra verərəm. Zəminə xanım da qayıtdı ki, yox, mənə indi lazımdır. Mən pulu Zəminə xanıma vermədiyim üçün o, jurnalistlər vasitəsilə mənim haqqımda mənfi yazılar yazdırırdı. Bunu müavinlərim də deyə bilər”. 

Z. Əsədova isə onun haqqında deyilənləri inkar edib: 

“Bunlar tamamilə yalandır. Heç bir adam haqqında heç kimə məlumat verməmişəm. Nailə xanımın mənimlə nə ədavəti var, bilmirəm. Burada dövlət qurumunu təmsil edirəm”.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb. 

Etibar MƏMMƏDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri