19 
Sen
2018
15:56
148
20
7142
Virtual karabakh

Bəraət aldığını eşidən dustaq huşunu itirdi - MƏHKƏMƏDƏ

19 Sen, 2018
15:56
7142

Bəraət aldığını eşidən dustaq huşunu itirdi - MƏHKƏMƏDƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elman İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E. İbrahimovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. O, məhkəmənin iclas zalından azadlığa buraxılıb. 

Məhbus bəraət aldığı xəbərini eşidərkən həyəcandan huşunu itirib və yerə yıxılıb. 

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti Təcridetmə Mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb.

Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri